“Oyunlar zolağı”nın yeri dəyişdirildi

“Oyunlar zolağı”nın yeri dəyişdirildi
  06 İyun 2015    Oxunub:1676
Daha bir ərazidə I Avropa Oyunları zamanı müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində çəkilmiş “Oyunlar zolağı”nın yeri dəyişdirilib.
AzVision.az-ın “Azəryolservis”ə istinadən verdiyi məlumata görə, dəyişiklik yalnız Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində yerləşən dairədən Avdulvahab Salamzadə küçəsinin kəsiməsində yerləşən yol ötürücüsünədək olan hissəsində həyata keçirilib. Sözügedən ərazidə “Oyunlar zolağı” yolun hərəkət hissəsinin solundan sağına keçirilib.

Qeyd edək ki, bundan öncə anoloji addım Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun Beynəlxalq Avtovağzal ərazisindən çıxan hissəsi ilə kəsişməsindən “20 Yanvar” tunelindən keçməklə “20 Yanvar” dairəsi istiqamətində olan yolda atılmışdı.

Daha bir dəyişiklik Tbilisi prospektinin Avdulvahab Salamzadə küçəsinin kəsiməsində yerləşən yol ötürücüsündən “20 Yanvar” dairəsinə daxil olan yan yola qədər olan hissəsində həyata keçirilib. Sözügedən istiqamətdə yolun hərəkət hissəsinin ensiz olması nəzərə alınaraq burda “Oyunlar zolağı” ləğv edilib.


Teqlər:





Xəbər lenti