Türkiyədə parlament seçkiləri keçirilir
Səsvermə saat 17-də sona çatacaq. İlk nəticələr saat 21-dən etibarən elan ediləcək.
Səsvermədə 53 765 231 seçici iştirak edəcək.
Seçkilərdə əsas mübarizənin hakim Ədalət və inkişaf Partiyası (AKP) ilə Respublika Xalq Partiyası (CHP) arasında gedəcəyi hesab edilir.
Azərbaycanda yaşayan türklər də səsvermədə iştirak edə biləcəklər. Səfirliyin yaydığı məlumata görə, Azərbaycanda seçici hüququ olan 6 558 nəfər Türkiyə vətəndaşı yaşayır. Bu seçicilərdən 5 916 nəfəri Bakıda, 340 nəfəri Gəncədə və 302 nəfəri Naxçıvan baş konsulluğunda qeydiyyatdadırlar.
Səfirlikdə 5, Gəncə və Naxçıvanda isə Türkiyə vətəndaşlarının səs verməsi üçün 1 seçki qutusu qoyulacaq. Səsvermədə iştirak edə bilməyən seçicilər 8 may və 7 iyun tarixlərində Karayolu Hava Limanı və Liman gömrük keçidlərində səs verə biləcəklər.