Məşəl Bakıya gəlir - Yollar bağlı olacaq
İyunun 6-dan 7-sinə keçən gecə saat 01:00-dan 03:00-dək və iyunun 7-sindən 8-nə keçən gecə saat 01:00-dan 04:00-dək Neftçilər prospektinin “Azneft” meydanından Muzey Mərkəzinə qədər olan hissəsində hər iki istiqamətdə, habelə 10 iyun tarixində Şəmsi Bədəlbəyli küçəsi, Səməd Vurğun küçəsi, Bül-bül Prospekti, Rəşid Behbudov küçəsi, Azadlıq Prospekti, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi və Şövkət Ələkpərova küçəsində fasilələrlə 10-15 dəqiqə müddətinə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.







Vaxtında, Aydın, Lazımlı!


