Cəlilabadda yanğın baş verib

Cəlilabadda yanğın baş verib
  03 İyun 2013    Oxunub:1389
Cəlilabad rayonunda bazar günü iki yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə hissəsindən verilən məlumata görə, birinci hadisə saat 15.30 radələrində Cəlilabad şəhəri ərazisində yerləşən taxıl və otlaq sahələrində qeydə alınıb.

Yanğın nəticəsində 2 hektar biçilmiş, 1 hektar biçilməmiş taxıl sahəsi və 2 hektar otlaq sahəsi yanaraq yararsız vəziyyətə düşüb. İkinci yanğın hadisəsi isə saat 19.00 radələrində rayonun Uzuntəpə kəndi ərazisindəki taxı zəmilərində baş verib. Yanğın nəticəsində 5 hektar taxıl sahəsi yanıb.

Yanğını söndürmək mümkün olub.

Faktla bağlı FHN-nin Cəlilabad Rayon Yanğından Mühafizə hissəsində araşdırma aparılır.(apa)


Teqlər:





Xəbər lenti