Tanınmış alim vəfat etdi

Tanınmış alim vəfat etdi
  07 İyun 2015    Oxunub:3395
Gəncənin ilk elmi dərəcəli sənətşünas alimi, Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf İsmayılzadə 79 yaşında vəfat edib.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin, AMEA-nın Gəncə bölməsinin nümayəndələri ilə yanaşı şəhər ictimaiyyəti və ziyalılar iştirak edib.

Qeyd edək ki, Rauf İsmayılzadə 40 il ərzində pedaqoji fəaliyyətlə yanaşı, elmi yaradıcılıqla da məşğul olub. O, 500-dən artıq elmi və publisistik məqalənin, 20-ə yaxın kitabın müəllifidir.


Teqlər:



Xəbər lenti