`Torpaqların hamısını geri qaytarmışıq` - AMEA prezidenti

`Torpaqların hamısını geri qaytarmışıq` - AMEA prezidenti
  08 İyun 2015    Oxunub:2699
“Artıq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) zəbt edilmiş torpaqlarından geri qaytarılmayanları qalmayıb. Bütün torpaqların hamısını geri qaytarmışıq”.
AzVision.az xəbər verir ki, bunu Trend-ə AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

Akademiya prezidentinin sözlərinə görə, akademiyanın balansında olan minlərlə hektar torpaq sahələri müxtəlif təşkilatlar tərəfindən zəbt edilmişdi. Bu torpaqlar ölkənin müxtəlif ərazilərində - Xızı, Kürdəmir, Şamaxı, Quba və digər rayonlarda olub.

Akademiya prezidentinin sözlərinə görə, AMEA-nın geri qaytarılmış torpaqları bundan sonra müxtəlif istiqamətlər üzrə istifadə ediləcək.

A.Əlizadə əminliklə bildirib ki, geri qaytarılmış bu torpaqlar AMEA-ya böyük səmərə gətirəcək.


Teqlər:



Xəbər lenti