Buraxılış imtahanının nəticələri açıqlandı

Buraxılış imtahanının nəticələri açıqlandı
  08 İyun 2015    Oxunub:2286
TQDK tərəfindən iyunun 6-da keçirilmiş buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələri elan olundu.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytına daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

TQDK bir daha kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərə müraciət edib.
Ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı "Abituriyent" jurnalında verilib.

Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.

AzVision.az


Teqlər:  



Xəbər lenti