Mançesterə gedəcək uşaqların adı açıqlanıb

Mançesterə gedəcək uşaqların adı açıqlanıb
  08 İyun 2015    Oxunub:1630
Mançesterə yollanacaq uşaqların adları elan olundu.
AzVision.az xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil olunan Mançester Yunayted üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışları başa çatıb. Təlim-məşq toplanışlarının son günü təşkil olunan mərasimdə 34 uşaq arasından ən yüksək nəticələr nümayiş etdirən 5 iştirakçının adları elan olunub:

Nihad Xәlilli (Sumqayıt)
Nihad Fərəci (Gəncə)
İbrahim Ağayarov (Bakı)
Elmar Әzizov – qapıçı (Xaçmaz)
Cavid Fərzəliyev – qapıçı (Sumqayıt)

Bu uşaqlar İngiltərənin Mançester şəhərinə - "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində hazırlıq keçməyə göndəriləcəklər.

AzVision.az


Teqlər:



Xəbər lenti