`Manatın yeni devalvasiyası olmayacaq` -BVF
"Report"un 2015-ci ildə ÜDM istehsalının hansı həcmdə olacağı ilə bağlı sualına Fond rəsmisi bunun 66 mlrd. manat təşkil edəcəyini deyib: "Düşünürük ki, bu il Azərbaycanda ÜDM 66 mlrd. manat, gələn il isə 68 mlrd. manat olacaq. 2016-cı ildə qeyri-neft sektoru 4,5%, ümumi iqtisadiyyat isə 2,8% artacaq".
"Report"un yeni devalvasiya gözləntiləri ilə bağlı suala isə R.Almarzoqi deyib ki, BVF növbəti devalvasiya gözləmir: "Neftin qiyməti 50 dollardan aşağı düşsə belə, devalvasiya gözlənilmir".
BVF təmsilçisi həmçinin Azərbaycan Beynəlxalq Bankının Azərbaycan iqtisadiyyatı üçün ciddi risk olduğunu bildirib.