11 günə nə qədər sürücü cərimələndi?

11 günə nə qədər sürücü cərimələndi?
  09 İyun 2015    Oxunub:1943
Avropa Oyunları zolağına məhəl qoymayan sürücülərə qarşı tədbirlər nəticə verir. Artıq 11 günə 1700-ə yaxın sürücü cərimələnib. Amma müşahidə kameraları vasitəsi ilə aparılan araşdırmalar onu göstərir ki, ilk günlə müqayisədə belə qayda pozanların sayı günbəgün azalır.
İlk günlə müqayisədə Avropa Oyunlar zolağı ilə hərəkət edən sürücülərin sayında ciddi azalma var.

Müşahidə kameralarına düşən görüntülər bunu deməyə əsas verir.

Müşahidə kameraları mərkəzində Avropa Oyunlar zolaqlarının çəkildiyi küçə və prospektlərə gün boyu növbəli şəkildə 20-25 polis nəzarət edir. Əgər hansısa sürücü həmin xəttə daxil olarsa dərhal ona elektron pratakol tərtib edilərək 3 gün müddətində ünvanına göndərilir.

Avropa oyunları zolağı olan ərazilərdə yol kənarında dayanma durma qaydaları ən çox Nərimanov rayonu Atatürk prospektinin hər iki tərəfində pozulduğunu deyir.

Avropa Oyunlar zolağı ilə hərəkətə görə cərimə 40, dayanma durma qaydasına görə isə 20 manat cərimə yazılır. Əgər bu gün ərzində bir neçə dəfə təkrarlanarsa hər birinə görə ayrılıqda göstərilən cərimələri ödəməli olacaq.




Teqlər:  



Xəbər lenti