Daxili İşlər Nazirliyi əhalini təxribata uymamağa çağırır

Daxili İşlər Nazirliyi əhalini təxribata uymamağa çağırır
  03 İyun 2013    Oxunub:1206
Vətəndaşlara xəbərdarlıq
Türkiyə Daxili İşlər Nazirliyi (DİN) həftənin ilk iş günü olduğuna görə, nəqliyyatın işlək vəziyyətdə olması və nəqliyyat təhlükəsizliyinin təmin edilə bilməsi üçün vətəndaşları ehtiyatlı olmağa çağırıb.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Taksim Gezi parkında baş verən hadisələrlə bağlı nazirliyin açıqlamasında iş günü ilə əlaqədar işçilərin və şagirdlərin iş yerlərinə və məktəblərinə rahat və etibarlı bir şəkildə gedə bilmələrini təmin etmək üçün yollarda nəqliyyatın işlək vəziyyətdə olmasını zəruri hal hesab edib.

Eyni zamanda , bəzi qruplar tərəfindən qeyri-qanuni olaraq aparılan təxribat xarakterli hadisələrə qarşı da vətəndaşları diqqətli olmağa, təxribata uymamağa və ehtiyatlı və həssas olmağa çağırıb.

Həmçinin bildirilir ki, vətəndaşlar sosial şəbəkələrdə yayılan “yalan məlumat və mesajlar”a əhəmiyyət verməsinlər. Xüsusilə də gənclər bu kimi şeylərə uyub qanunsuz hərəkətlərə gətirib çıxaran addımlar atmasın və can və mal təhlükəsizliyinə riayət etsinlər.

Məlumat üçün bildirək ki, baş verən etiraz aksiyaları ilə əlaqədar olaraq 730 nəfər saxlanılıb.



Teqlər:  





Xəbər lenti