Qəddafinin 1 milyard dollar sərvəti qanunsuzdur

Qəddafinin 1 milyard dollar sərvəti qanunsuzdur
  03 İyun 2013    Oxunub:1342
Cənubi Afrika məmurları keçmiş Liviya lideri Müəmmar Qəddafinin 1 milyard dollar sərvətini araşdırır.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Qəddafinin sərvəti Cənubi Afrikanın dörd bankı və xüsusi orqanları tərəfindən müsadirə olunub.

Bəziləri keçmiş liderin sərvətinin 80 milyard dollar olduğunu iddia edir. Liviyalıların çoxu Qəddafinin və onun ailəsinin malik olduğu sərvətin dövlətə məxsus olduğunu hesab edir və onun geri qaytarılmasını tələb edir.

Liviyanın ədliyyə və maliyyə nazirləri Qəddafinin sərvətinin araşdırılması üçün həmkarlarına müraciət ediblər. Onlar iddia edirlər ki, Qəddafinin malik olduğu var-dövlət qanunsuz ələ keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti