Zakir Həsənov üçün unudulmaz gün- 56 il

Zakir Həsənov üçün unudulmaz gün- 56 il
  09 İyun 2015    Oxunub:3921
Bu gün Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun doğum günüdür.
AzVision.az xəbər verir ki, nazir 56 yaşını qeyd edir.

Xatırladaq ki, Zakir Həsənov 9 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədəkAlmaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

Z.Həsənov 1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.

O, 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

Z.Həsənov 2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə ona general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.

Z.Həsənov 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və prezidentin sərəncamı ilə ona general-polkovnik rütbəsi verilib.

Nazir alman, ingilis, rus və türk dillərində sərbəst danışa bilir.

Ailəlidir. 1 oglu, 1 qızı var.

AzVision.az


Teqlər:  



Xəbər lenti