Açılış günü bu yollar bağlanacaq - Siyahı

Açılış günü bu yollar bağlanacaq - Siyahı
  09 İyun 2015    Oxunub:3023
12 iyun tarixində başlanacaq I Avropa Oyunları ilə əlaqədar müəyyən günlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması planlaşdırılır.
Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən AzVision.az-a verilən məlumat görə, Bakıda məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

- Şəmsi Bədəlbəyli küçəsi;

- Səməd Vurğun küçəsi;

- Bül-bül prospekti;

- Rəşid Behbudov küçəsi;

- Azadlıq prospekti;

- İstiqlaliyyət küçəsi;

- Niyazi küçəsi;

- Şövkət Ələkbərova küçəsi.


12 iyun I Avropa Oyunlarının açılış mərasimi günü isə aşağıda qeyd olunan yollarda saat 16:00-dan gecə saat 02:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

- Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək;

- Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməyədək.



Teqlər:  





Xəbər lenti