Qəzalı körpü təmir edilib

Qəzalı körpü təmir edilib
  09 İyun 2015    Oxunub:1513
Ələt-Astara - İran ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən və qəzalı vəziyyətə düşən avtomobil körpüsündə aparılan təmir işləri yekunlaşıb.
“Azəryolservis” ASC-dən AzVision.az-a verilən məlumata görə, bu gündən etibarən körpü üzərində tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Körpü üzərində nəqliyyat vasitələrinin intensivliyi nəzərə alınaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işlərinin keyfiyyətlə və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Körpüdə aparılmış təmir-tikinti işləri zamanı normadan artıq yüklənmiş ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində sınıb 4 ədəd dəmir-beton tirlər dəyişdirilib.

Qəza baş vermiş hərəkət zolağı boyunca 90 metrlik aşırım tirləri üzərində dəmir-beton karkas yığılaraq üstü betonlanıb.


Teqlər:



Xəbər lenti