`Sürət ömrü qısaldır` - Deputatdan sürücülərə çağırış

`Sürət ömrü qısaldır` - Deputatdan sürücülərə çağırış
  09 İyun 2015    Oxunub:2076
“Əziz insanlarımız ehtiyatlı və diqqətli olun.Unutmayın ki,avtomobilin sürətlə idarə edilməsi yolu deyil, daha çox ömrü qısaldır”.
AzVision.az-ın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva deyib. Xanım millət vəkili son zamanlar artan yol-nəqliyyat hadislərindən danışıb. O, qeyd edib ki, avtomobil qəzalarının əsas səbəbi yüksək sürətdir:

“Tovuzdan qayıdırıq. Dəhşətli yol faciəsi nəticəsində həyatını itirən 3 qardaşımızın Allahverdiyev Mübariz, Cəfərov Şahniyar, Tağıyev Rəhmanın yas mərasimində iştirak etdik. Dəhşətli faciədir. 3 kasıb ailə əzizlərinin qəfil, faciəli ölümünün ağrısını yaşayırdılar. Bir az da olsa paylaşmaq istədik amma ortada bir acı gerçək də vardı. Həlak olan qardaşlarımız öz ailələrinin fəhləliklə, çətinliklə çalışaraq çörək gətirdiyi tək insanlar olublar. Birinin isə arxasında 2 azyaşlı körpəsi və hamilə həyat yoldaşı qaldı.

Ünvanlı sosial yardım kimi ailələrə bir az da olsa dəstək ola biləcək məsələlər yerində həllini tapdı amma o ailələrin əzizlərinin faciəli ölüm ağrısını azaltmaq çox çətindir. Həlak olan qardaşlarımız yarımçıq qalmış ömrünün acısı çox ağırdı. 4 nəfər isə yaralanıb həmin hadisə zamanı. Allahdan dünyasını dəyişən qardaşlarımıza şəfa, yaralılarıma acil şəfalar diləyirəm.Hadisəyə səbəb isə qarşıdan gələn avtovobilin surəti,diqqətsizliyi, ehtiyatsızlığı səbəb olub. Bu faciə onun da faciəsidir. Gənc yaşında belə bir ağrı ilə yaşamaq asan deyil.
O cəzadan daha da dəhşətli bir şeydir. Bu səbəbdən bütün insanlarımızı avtomobil idarə edən zaman diqqətli olmağa çağırırıq.

Sürət yolu deyil daha çox ömrü qısaldır. Diqqətli və ehtiyatlı olun. Hər avtomobil sükanı arxasına keçəndə gözyaşlı qoya biləcəyiniz insanları düşünün və onlar sizin də əzizləriniz ola bilər. Kənd yollarına sürət isə tamamilə yolverilməz olmalıdır və buna qarşı müvafiq qurumlar daha sərt mübarizə aparmalıdır.

Bu qədər artan avtomobil qəzaları və ölümlərin ağrısını yaşamaq istəmiriksə hər kəs özündən başlamalıdır. Yoxsa artan gözüyaşlı ailələrin sayı və içərisində kiminsə həyatını məhv etmək kimi bir ağırı ilə yaşayanların sayı azalmayacaq”.


Teqlər:



Xəbər lenti