Bankların 6.4 mlrd. borcu var

Bankların 6.4 mlrd. borcu var
  09 İyun 2015    Oxunub:1725
Mərkəzi Bankın maliyyə sabitliyi üzrə hesabatı açıqlanıb.
AzVision.az-ın məlumatına görə, bu il aprelin 1-nə bank sektorunun xarici borcu 6.4 mlrd. dollar və ya bank sisteminin öhdəliklərinin 22%-i həcmindədir.

Martda onun təkrar maliyyələşmə əmsalı 89% olub. Halbuki 2009-cu ildən 2014-cü ilin sonuna kimi bu rəqəm 150% təşkil edib.

Mərkəzi Bank bildirib ki, yerli banklar təkrarmaliyyələşməyə davamlıdır və xarici borcu ödəmək üçün xarici valyuta ilə yetərincə likvid aktivləri var.


Teqlər:





Xəbər lenti