Beynəlxalq Bank özəlləşdirilə bilər

Beynəlxalq Bank özəlləşdirilə bilər
  10 İyun 2015    Oxunub:2067
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Beynəlxalq Bankının (ABB) şəffaf şəkildə özəlləşdirilməsinə yol açmaq məqsədilə bankın beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərə uyğun yenidən strukturlaşdırılmasını təklif edir.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.

Qeyd edək ki, ABB-nin kapitalında dövlətin iştirak payı 51,07 faizdir.

O bildirib ki, hazırda Azərbaycanın maliyyə sektorunda digər prioritetlərdən biri ABB-nin ölkənin bank sektorunda həcminin kiçildilməsidir: "Əgər hökumət onun payını azaltmasa, maliyyə sektoru böyük risklə üzləşə bilər".


Teqlər:





Xəbər lenti