Bu gün bağlanan yollar - Siyahı

Bu gün bağlanan yollar - Siyahı
  10 İyun 2015    Oxunub:3575
Bu gün Bakı 2015 İlk Avropa Oyunları ilə əlaqədar bəzi yollar bağlanacaq.
Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən xəbərə görə, Bakıda məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

Şəmsi Bədəlbəyli küçəsi

Səməd Vurğun küçəsi

Bül-bül prospekti

Rəşid Behbudov küçəsi

Azadlıq prospekti

İstiqlaliyyət küçəsi

Niyazi küçəsi

Şövkət Ələkbərova küçəsi

Bakı 2015 İlk Avropa Oyunlarının kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar, 10-14 iyun tarixlərində Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və Jumeirah Beach Hotel dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər.

Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı vaxtlar:

10, 11 iyun: 05:00 – 14:00

13 iyun: 08:30 – 18:30

14 iyun: 08:30 – 19:00


Teqlər:





Xəbər lenti