Kerri təsdiqləndi

Kerri təsdiqləndi
  30 Yanvar 2013    Oxunub:2438
Kerri artıq bir neçə gün sonra vəzifəsinin icrasına başlayacaq.
Demokrat senator, Konqresin Xarici Əlaqələr Komissiyasının rəhbəri Con Kerri ABŞ Senatı tərəfindən rəsmi olaraq dövlət katibi postuna təyin edilib.

Kerrinin namizədliyi Senatda demək olar ki, yekdil şəkildə qəbul edilib. Kerri 94 nəfər lehinə və yalnız 3 nəfər – Texasadan olan iki və Oklaxomdan olan bir nəfər respublikaçı senator əleyhinə olmaqla bu posta təsdiqlənib.

“Mən çox şadam ki, Amerika Senatı yekdilliklə Con Kerrini dövlət katibi postuna təyin edib. Con demək olar ki, bütün dünya liderlərinin və senatorların hörmətini qazana bilib. Əminəm ki, o, Amerika diplomatiyasına liderlik etməyə hazırdır”, deyə ABŞ prezidenti Barak Obama bildirib.


Teqlər:  





Xəbər lenti