“Leyla Yunusun Türkiyədə, Fransada mülkləri var” - Elçin Behbudov

“Leyla Yunusun Türkiyədə, Fransada mülkləri var” - Elçin Behbudov
  10 İyun 2015    Oxunub:20439
“Bu gün Qərbdə bəzi dairələr Leyla Yunus və onun kimilərinin həbsindən Azərbaycana qarşı istifadə etməyə çalışır. Onlar bu cəhdləri ilə Avropa Oyunları öncəsi vəziyyəti daha da gərginləşdirmək istəyir”.

Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

O, Leyla Yunusun həbsinin siyasiləşdirilməsinin doğru olmadığını və bu cəhdlərin nəticə verməyəcəyini bildirib.

“Hazırda Leyla Yunusun işi ilə bağlı istintaq gedir. Əgər Leyla Yunusun əməlində cinayət tərkibi varsa, hamı kimi o da qanun qarşısında cavab verməli olacaq. Mən də hüquq müdafiəçisiyəm, heç vaxt Ermənistanın dövlət və QHT rəhbərləri ilə görüşməmişəm. Çünki ermənilər bu gün bizə düşmən kəsiliblər, torpaqlarımızı zəbt ediblər. Mənim özüm də bu gün erməni işğalı altında olan Şuşa şəhərindənəm. Qohumlarımın qəbrləri Şuşada ermənilər tərəfindən təhqir olunub. Bunu onlara heç vaxt bağışlaya bilmərəm. Bu baxımdan Leyla Yunus ermənilərlə görüşlər keçiribsə, mütləq bunlar araşdırılmalıdır, səbəbləri məlum olmalıdır. O, hökumət işçisi, dövlət məmuru deyil ki, Ermənistana gedib, hansısa bir məsələni həll eləsin”.

E.Behbudovun fikrincə, Leyl Yunus bizə düşmən olan bir dövlətin nümayəndələri ilə görüşməməli idi: “Əsl hüquq müdafiəçisi şikayətçiləri qəbul edər, hər hansı bir yerdə monitorinq keçirər, mitinqlərdə müşahidəçi kimi iştirak edə bilər. Mən bir dəfə də olsun ki, Leyla Yunusun haradasa monitorinq keçirdiyini görməmişəm. Leyla Yunus yalançı siyasi məhbusların siyahısını hazırlayıb ora-bura göndərməklə məşğul olub.

Ona Fransa dövləti tərəfindən “Fəxri Legion” ordeni verilib. Heç Fransanın nazirləri həmin medalı ala bilmir. Bu nə deməkdir? Ona bu medalı necə verə bilərlər? Leyla Yunusun Fransa dövləti qarşısında heç bir xidməti olmayıb. Fransa xalqına da xidmət etməyib. Yəqin Leyla Yunus məhbuslarala bağlı siyahı hazırlayıb və müxtəlif dövlətlərə göndərdiyi üçün bu medala layiq görülüb”.

Hüquq müdafiəçisi vurğulayıb ki, Leyla Yunusun xarici ölkələrdə xeyli mülkləri var. “Hər kəs məni bağışlasın. Mən dövlətin verdiyi adi bir bina evində qalıram. Amma Leyla Yunusun Antalyada, Fransada mülkləri var. Ona bu mülkləri kim bağışlayıb? Bu məsələlər araşdılmalıdır”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti