`O, diplomat yox, dilpomatdır` - Sahib Alıyev

`O, diplomat yox, dilpomatdır` - Sahib Alıyev
  10 İyun 2015    Oxunub:3833
Millət vəkili, telejurnalist Sahib Alıyev Arif Məmmədovun son fikirlərinə münasibət bildirib.

Deputat fasebook profilində yazıb ki, Arif Məmmədov adlı özünün dediyinə görə "7 dili mükəmməl bilən" birisinin nankorluğunu qoyaq bir yana, nə qədər nadan, nankor və özü haqqında yüksək fikirdə olduğunu görmək üçün bu gün paylaşdığı cızma-qarasındakı bir neçə cümləyə baxmaq bəs edir.

Millət vəkili Arif Məmmədovun yazdığı cümləni olduğu kimi sitat gətirir: "Mene inananlara bu metbuat organında melumatlara inanmağa sizleri devet etmek isterdim. İnanmayanlara "haqqın" ve diger PA terefinden maliyeşdirilen metbuat organlara etimad etmeye sizleri devet etmek isterdim".

Millət vəkili qeyd edir ki, "Bu, dilpomat, bəli, diplomat yox, dilpomat daha sonra yazır: "Gerbde kifayet geder genis tanınmağımın ve imkanlarımın olduğunu bilerek (Gerb 20 ilde menim kim olduğumu kifayet geder derinden öyrenmişdir) primitiv şekilde Gerbe menim Rusiyanın dairelerine yaxın olduğumu çatdırmag isteyir."

- Bilmirəm, bu cənab "Gerb" deyəndə kimi, nəyi və yaxud da haranı nəzərdə tutur. Əgər söhbət Qərbdən gedirsə, təbii ki, onu dərindən öyrəniblər, öyrənməsələr bu cür oynada bilərdilərmi? Özünü "Azerbaycan xalgının Sefiri" kimi təqdim edən Arif Məmmədovun kimliyi, ölçü dərəcəsini necə itirdiyi "Sefir" sözünü böyük hərflə yazmasından da görünür. Yəni bu, elə-belə səfirlərdən deyilmiş, "Elçi" imiş, xalqı qurtarmaq üçün göndərilibmiş. Bilirsiniz, əgər uzun illər Azərbaycan Respublikasının diplomatı olmasa idi, mən nə onun yazdıqlarına diqqət yetirər, nə də bu fikirləri paylaşmaqla həm sizin, həm də özümün vaxtını alardım. Ancaq çox təəssüf ki, bu nankor və dayaz adam həqiqətən də belə bir status daşıyıb. Ona görə də, məni təəccübləndirən onun indiki hərəkətləri deyil, necə səfir olmasıdır. Nə edək, bəzən belə şeylər olur, hərdən nadanın birinə Arif adı da qoyulur və o, diplomatlığa yaramadığı halda səfir vəzifəsi də daşıya bilir,- deyə Sahib Alıyev vurğulayıb.


Teqlər:  





Xəbər lenti