32 dərəcə isti olacaq

32 dərəcə isti olacaq
  10 İyun 2015    Oxunub:1408
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a bildirilib ki, iyunun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 11-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.


Teqlər:



Xəbər lenti