Avropa Oyunlarına görə pensiyalar vaxtından əvvəl verilib

Avropa Oyunlarına görə pensiyalar vaxtından əvvəl verilib
  10 İyun 2015    Oxunub:2280
"İyunun 12-də Bakıda başlayacaq I Avropa Oyunlarına görə Bakı, Sumqayıt və Abşeronda pensiyaların verilməsi vaxtından əvvəl başa çatdırılıb".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın digər rayon və şəhərlərində pensiyaların verilməsi bu gün başa çatdırılacaq:

"I Avropa Oyunları ilə bağlı Azərbaycana dünyanın müxtəlif ölkələrindən qonaqlar gələcək. Oyunlar dövründə bankomatların qarşısında hər hansı sıxlığın yaranma ehtimallarınının qarşısını almaq üçün DSMF Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilməsini ayın 1-i və 2-də tam yekunlaşdırıb. Pensiyaçılar pullarını ayın ilk 5 günü ərzində tam olaraq alıblar".


Teqlər:  





Xəbər lenti