Yuxarı palata qeyri-legitim hesab edildi

  03 İyun 2013    Oxunub : 346
Yuxarı palata qeyri-legitim hesab edildi
Misir Ali Məhkəməsi belə bir qərar verib.
Misir Ali Məhkəməsi parlamentin Yuxarı Palatası, Şura, eləcə də yeni konstitutsiyanın işləyib hazırlamaqla məşğul olan komissiyasının formalaşdırılmasını həyata keçirən qanunvericiliyi etibarsız hesab edib.

Bununla yanaşı Konstitusiya Məhkəməsi bildirir ki, əksəriyyətini islamçılar təşkil edən hazırki Şura növbəti parlament seçkilərinədək buraxıla bilməz.

2013-cü ilin dekabrında ümumxalq referendumu ilə qəbul olunmuş kostitutsiyanın gələcək aqibəti hələlik bəlli deyil.

Bildirilir ki, Misirin hazırki prezidenti Məhəmməd Mursi və rəhbəri olduğu Azadlıq və Ədalət Partiyası Parlamentdən öz maraqlarını həyata keçirmək üçün istifadə edir.

AzVision.az

Teqlər: