Bulvarda bunu edənlər cərimələnəcək - VİDEO
AzVision.az ans-ə istinadən xəbər verir ki, yerli sakinlər velosipedləri daha çox bir neçə saatlığa, əcnəbilər isə sutkalıq icarəyə üstünlük verirlər. Velosipedin 1 saatlıq icarəsi birinci saat üçün 2 manat, növbəti saatlar 1 manatdan hesablanır. Velosipedləri bir və ya bir neçə günlük götürmək istəyənlər isə gününə 8 manat ödəməli olur.
Velosiped adamlara 10 şərtlə verilir. Birinci şərt odur ki, üstündə şəxsiyyəti təsdiq edən sənəd olmalıdır. Bu olmadısa heç kimə velosiped verilmir. Vvelosipedi icarəyə verəndə şəxsiyyət vəsiqəsinin rekvizitləri icarə müqaviləsinə yazılır, bəzən tərəddüd etdikləri adamların sənədləri də girov kimi saxlanılır və əlaqə telefonları götürülür. Əzilən və xarab olan hissənin xərci də müştərinin boynunadır.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov sözlərinə görə, əvvələr bulvar veloparkına maraq pərkəndə idisə indi daimi gələnlərin sayı daha çoxdur. Avropa Oyunlarında Dənizkənarı Milli Parkda təqdim edilən yeniliklərdən bri də veloparkla bağlıdır. Burada da xidmət vaxtı oyunlarla əlaqədar olaraq gecə saatlarına qədər uzadılıb.







Vaxtında, Aydın, Lazımlı!


