“Boykot səmərəsiz işdir” - Patrik Hikki

“Boykot səmərəsiz işdir” - Patrik Hikki
  11 İyun 2015    Oxunub:2043
“Niderlandın Avropa Oyunlarını keçirməkdən imtina etməsi heç bir problem yaratmayacaq və heç bir halda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına kölgə salmayacaq”.
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransı zamanı Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. O, qeyd edib ki, Bakıda Avropa Oyunları uğurla keçirildikdən sonra 2019-cu ildə Oyunların keçirilməsi ilə bağlı namizədlər olacaq:

“Bütün Olimpiya Oyunlarında boykot çağırışları olur, lakin keçmiş təcrübələr göstərir ki, bunun nəticəsi yoxdur və heç vaxt olmayacaq” - deyən Patrik Hikki fikrilərini belə davam etdirib:

“Hər dəfə Olimpiya Oyunlarında kimsə boykota çağırış edir və ötən dövrdə sübut olunub ki, boykota çağırış heç bir nəticə vermir, həmişə uğursuzluğa düçar olur. Mən çox fəxr edirəm ki, bu Oyunlarda 50-ə qədər milli olimpiya komitəsi iştirak edir və 40-a qədər dövlət və hökumət başçıları açılış mərasimində iştirak edəcək. Bundan aydın olur ki, boykot çağırışları nəticəsiz qalır. Boykot səmərəsiz işdir”.


Teqlər:  



Xəbər lenti