Avstriyalı idmançılar Bakıda qəzaya düşdü

Avstriyalı idmançılar Bakıda qəzaya düşdü
  11 İyun 2015    Oxunub:5968
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Bakıda idmançıların yol qəzasına düşməsi faktı ilə bağlı məlumat yayıb.
AzVision.az-ın Bakı 2015 Avropa Oyunlarının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza baş verib.

Hadisə nəticəsində xəsarət alan 3 avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, BAOƏK bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir.

"Hal-hazırda bununla bağlı ətraflı məlumat verə bilmirik. Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək", - deyə məlumatda bildirilir.


Teqlər:  



Xəbər lenti