Fuad Ələsgərov: “Onlara qarşı tədbir görülməlidir”

  11 İyun 2015    Oxunub : 8000
Fuad Ələsgərov: “Onlara qarşı tədbir görülməlidir”
“Son illərin statistikası göstərir ki, cinayət məsuliyyətinə cəlb edilən, məhkum edilən şəxslərin illik ümumi sayının orta hesabla 7 faizini dələduzluq cinayətini törədənlər təşkil edir”.

AzVision.az xəbər verir ki, bunu Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında çıxış edən Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda cinayətkarlığın və cinayətkarlığa qarşı mübarizənin vəziyyəti daim tədqiq edilir: “ Hüquq-mühafizə orqanların fəaliyyətində bu cür cinayətlərlə mübarizə daim diqqət mərkəzindədir. Bu işlər üzrə məhkəmə təcrübəsinin formalaşdırılması, plenumun keçirilməsi çox önəmlidir” .

F. Ələsgərov qeyd edib ki, qanunvericiliyə görə məhkəmələr müvafiq cinayət işlərinə hüquqi qiymət verməklə yanaşı, buna şərait yaradan halları da müəyyən etməli, aradan qaldırmaq üçün zəruri tədbirlər görməlidir: “Bu cinayəti dolanışıq halına çevirmiş şəxslərə qarşı tədbir görülməlidir ki, onlar yeni dələduzluq imkanlardan məhrum edilsinlər. Azərbaycanın dinamik inkişaf etdiyi bir şəraitdə məhkəmələrin fəaliyyətinin də hər zaman təkmilləşdirilməsi zəruridir” .

AzVision.az

Teqlər: