“Kampaniyanın kökündə ermənilər durur” – Millət vəkili
Depuat həmçinin qeyd edib ki, Azərbaycana qarşı təşkil edilən bu qarayaxma kampaniyasının məqsədi ölkəmizin müstəqilliyini zəiflətmək, xalqımızı lazım olmayana güzəştlərə məcbur etməkdir: “Azərbaycan demokratiyanın inkişafını, insan haqlarının qorunmasını prioritet məsələ hesab edir. Bu istiqamətdə Azərbaycan dövlətinin fəliyyət planı var”.
F.Muradov əlavə edib ki, “Twitter” sosial şəbəkəsində ən çox anti-Azərbaycan kampaniyasını dəstəkləyən erməni diasporasıdır: “Avropa Parlamentinin deputatları erməni diasporunun təsirinə düşərək bu kampaniyaya bilməyərəkdən qoşulurlar. Onları düşünməlidir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan da bu oyunların əleyhinədir. Hər şeyin kökü bundadır. Biz işimizi davam edəcəyik. Avropa Parlamentində keçirilən dinləmələrə qarşı bəyanatımızda da bir daha əməkdaşlığa, hər hansı problem varsa, onu məhz dialoq yolu ilə müzakirə etməyə çağırdıq. Çünki, bizim dialoq üçün platformamız var. Bu həm Avronest PA, Avropa Şurasıdır. Amma, təəssüflər olsun ki, həmin platormalarda müzakirələr zamanı tamamilə başqa məsələlər gündəmə gətirilir. Əgər, kimsə bizə hər hansı bir islahata kömək etmək istəyirsə, biz buna hazırıq. Ancaq, bu Azərbaycan qarşı olan bir qarayaxma kampaniyasıdır və heç bir xeyri olmayacaq”.
Elvin Abdulqədirov
Teqlər: