`Azərbaycanda siyasi məhbus yoxdur` - Prezidentin köməkçisi
"Əl-Cəzirə" teleşirkətinin nümayəndəsinin Azərbaycanda "Siyasi məbbuslar nə vaxt azad olunacaq" sualına cavab verərkən Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, bu, bəzi Qərb dairələrinin ortaya atdığı məsələdir.
“Azərbaycan hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir. Belə hesab etməyənlər Avropa Məhkəməsinə müraciət edə bilərlər. Ona görə də Azərbaycan hakimiyyəti bu iddiadadır ki, Azərbaycanda siyasi məhbus yoxdur, ayrı-ayrı cinayətlərə görə məhkum olmuş şəxslər var. Azərbaycan hüquqi dövlətdir, tam siyasi azadlıq var, 55 siyasi partiya fəaliyyət göstərir”.
PA rəsmisi qeyd edib ki, Qərbin bəzi QHT-ləri, dairələri tərəfindən Azərbaycanda mətbuat azadlığının, azad medianın olmadığı, insan haqlarının pozulduğu barədə iddialar səslənir: “Azərbaycan 15 ilə yaxındır, Avropa Şurasının üzvüdür, Avropa Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan məhkəmələrinin qərarından Avropa Məhkəməsinə şikayət edilə bilər”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


