Quşlayan `bloqqer`in yalanı və tərbiyəsizliyi

Quşlayan `bloqqer`in yalanı və tərbiyəsizliyi
  11 İyun 2015    Oxunub:12806
Aydındır ki, Qərbin Azərbaycanda yemlədiyi jurnalist və bloqqerlər İlk Avropa Oyunlarını pisləmək üçün komanda alıblar və qabaqlarına tökülən “Chappi”-nin əvəzini xidmətlərilə qaytarmalıdırlar. Amma pisləməyə real bu iş olmadığı üçün başlayıblar yalandan “quş”lar buraxmağa.

Qərbin yemlədiklərinin arasında əxlaqsızlığı və tərbiyəsizliyilə tanın Mehman Hüseynov adlı birisi var. Normal halda onun yeri çətin islah olunan uşaqlar üçün koloniya olmalıdır. Çünki adam (bilmirəm, bu söz nə qədər yerinə düşür) ağzının danışığını bilmir. Kimi gəldi söyüb təhqir edir. Ona görə də, çox vaxt hamı çalışır ki, baş qoşmasın. Çünki bu, o maddədəndir ki, basanda iy verəcək. Ondan sonra bilməyəcəksən bu məxluqla necə danışasan, nə edəsən? Özü şalvarını çıxarıb şəkil çəkdirən adama nə deməyin mənası var axı? Bu məxluqun mövcudluğu təbiətə və cəmiyyətə söyüşdür, durub söyüşün nəyini söyəsən?



Deməli, buğumayaqlılar tipinə aid olan bu “bloqqer” Avropa Oyunları ilə bağlı belə bir quş buraxıb. Guya şəkil çəkdirdiyi idmançılarla görüşüb, onlar da buna deyiblər ki, kollecdə oxuyurlar, müftə yeyib-içmək üçün Bakıya gəliblər.



Təbii ki, bu, ağ yalandır – zatən Mehmanın yazdıqları ayrı necə olasıdır ki? Əslində həmin idmançılar ikisi də peşəkardır: 22 yaşlı Qais Aşfaq və 19 yaşlı Harvey Horn. Onları Bakıya gələn idmançıların siyahısından tapmaq olar. Rinqdə necə döyüşmələri isə peşəkar olmalarını təsdiqləyir.





Amma bu yalanla məsələ bağlansa idi, bəlkə fikir verməmək də olardı. Çünki bu, Mehman Hüseynovun nə birinci yalanıdır, nə də sonuncu. Məsələ ondadır ki, daha sonra qırxıqqaş “bloqqer” facebook-da onun yalanına etiraz edən bir xanıma kobud söyüşlərlə cavab verib. Həmin xanım da Mehmanın söyüşlərini paylaşıb.





Mən həmişə deyirəm: Mehmanın və onun kimilərin tərəfini tutanlar elə özü ilə eyni səviyyədə və tərbiyədə olan adamlardır. O kəslərdir ki, dünyanın ən axırıncı əxlaqsızı və yaramazı gəlib Azərbaycan hakimiyyətini söysə, gedib “müqəddəs” deyərək, onun çimdiyi suyu içəcəklər. Amma hər şeyin bir həddi olar. Bunun özü ilə danışmağın mənası olmadığı üçün, Amerika səfirliyində bu düdüyün kuratoru kimdirsə, üzümü ona tuturam: zibilinizi yığışdırın. İpindən çəkin, aparıb bağlayın səfirliyinizin həyətində, qoy, oranı murdarlasın.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti