Məmmədyarov həmkarı ilə görüşüb

Məmmədyarov həmkarı ilə görüşüb
  11 İyun 2015    Oxunub:1680
Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsinin sədri Qabriella Kuevas Barronu qəbul edib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Meksika arasında münasibətlərin müxtəlif aspektləri və əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Həmçinin parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə vurğulanıb və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin artırılmasının vacibliyi qeyd olunub.

Nazir E.Məmmdəyarov regionda hərtərəfli inkişafa və inteqrasiya proseslərinə başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, münaqişənin həlli üçün ilk olaraq işğalçı Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti