`Arif Məmmədov peşman olacaq` - Açıqlama

`Arif Məmmədov peşman olacaq` - Açıqlama
  12 İyun 2015    Oxunub:4328
“Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı və İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi Arif Məmmədovla bağlı məsələni mühüm beynəlxalq layihə hesab edirəm”.

Bu fikirləri AzVison.az-a deputat Zahid Oruc bildirib. Millət vəkili vurğulayıb ki, Arif Məmmədovun şəxsi xislətindən, mənəvi-psixoloji durumuna uyğun olmayan bir libasdakı təqdimatlar, müraciətlər, sanki tribunada imiş kimi millətə istinad olunması çox böyük niyyətlərdən xəbər verir: “Bu heç bir halda sadəcə kiminsə, şəxsi zəmində üsyankarlığının nəticəsi deyil. Ona görə də bu məsələni nəzərə alıb, bütövlükdə diplomatlarımızın bu dövr ərzindəki gördüyü böyük miqyaslı işlərin üzərindən xətt çəkmək olmaz. Biz on illər ərzində xarici məkanda müxtəlif tədbirlərə qatılan insanlar kimi səfirlərimizin çox qabiliyyətli, intensiv, milli mənafeyə bağlı işlərini görmüşük və bunu qeyd etməliyik.

Eyni zamanda etiraf etməliyik ki, hökumətlə xarici siyasət kursunda iştirak edən insanların arasındakı rabitənin genişlənməsi, o cümlədən diplomatlarımızla parlament arasında əlaqələr və.s bu kimi xarakterli məsələlərdə yeni addımlara ehtiyac var. Çünki, yalnız bu halda kordinasiya olunmuş fəaliyyəti təmin etmək olur”.

Z. Oruc hesab edir ki, hazırkı dövrdə Arif Məmmədov məsələsi bütün səfirlərin əvəzlənməsi anlamına gəlməməlidir: “Eyni zamanda həmin fərdi hadisəyə ayrıca qiymət var. Bu özünü gələcəkdə göstərəcək. Onda virtual qəhrəmanlıqlarının əvəzi böyük peşmançılıq və həqiq səbəblərlə üzə çıxarılacaq”.

Depuat qeyd edib ki, Azərbaycanın xarici siyasət sistemində ölkənin daimi həyatı ilə işləyən insanlara çox ciddi ehtiyac var.

Elvin Abdulqədirov


Teqlər:



Xəbər lenti