`Bu ədalətsizliyə hələ də göz yumurlar` - Əli Həsənov
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, onun yaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində Azərbaycan dövləti tərəfindən görülən işlər barədə ətraflı məlumat verən Ə. Həsənov xalqımızın sülhsevər olduğunu, bu gün Azərbaycandakı tolerantlıq ənənələrinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu, ölkəmizin Avropanın ən böyük mədəni tədbirlərindən olan “Eurovision” mahnı müsabiqəsinə, bu gün isə tarixdə ilk dəfə keçirilən “Bakı 2015” Birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini bildirib.
Baş nazirin müavini qeyd edib ki, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, İKT və digər nüfuzlu beynəlxalq təşkilatlar təcavüzkar Ermənistanın işğal etdiyi torpaqları azad etməsi barədə qərar və qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirməkdədir. Onun sözlərinə görə, rəsmi Bakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdardır və bu siyasəti dəyişməz olaraq qalır: “Lakin terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı qəbul olunmuş qətnamələrə məhəl qoymur. Dünya birliyi . Bütün bunlar isə beynəlxalq aləmdə ikili standartların mövcud olduğunu göstərir”.
Q. Barron isə Azərbaycanda olduğu müddətdə ölkəmizdə demokratik dəyərlərin yüksək qiymətləndirildiyini, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyinin şahidi olduğunu söyləyib. O, “Bakı 2015” Birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib və bu münasibətlə Azərbaycan xalqını təbrik edərək idmançılarımıza uğurlar arzulayıb. Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi məsələsinə toxunaraq, regionda və Avropanın enerji təhlükəsizliyi məsələsində xüsusi rol oynayan Azərbaycanın iqtisadi və hərbi potensialına baxmayaraq, ölkəmizin indiyədək bu münaqişənin diplomatik vasitələrlə və danışıqlar yolu ilə həll edilməsinə üstünlük verdiyini qeyd edib.
Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


