Şahzadələr, prezidentlər, nazirlər Bakıda - FOTOLAR

  12 İyun 2015    Oxunub : 4892
Şahzadələr, prezidentlər, nazirlər Bakıda - FOTOLAR
I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək dövlət və hökumət rəsmilərinin Azərbaycana səfəri davam edir.

AzVision.az xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Tobias Elvud iyunun 12-də birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.

Monako Knyazlığının Şahzadəsi II Albert də Bakıya təşrif buyurub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Şahzadə II Alberti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Qitənin ən böyük və mötəbər idman bayramında - birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bir çox ölkələrin dövlət və hökumət başçıları, yüksək səviyyəli qonaqlar Azərbaycana gəlməkdə davam edirlər.

İyunun 12-də Qırğız Respublikası Baş nazirinin birinci müavini Tayırbek Sarpaşev ilk Avropa Oyunlarının açılışında iştirak etmək məqsədilə Bakıya gəlib.

İlk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək yüksək səviyyəli rəsmilərdən biri də İranın idman və gənclər naziri Mahmud Qudərzidir. Mahmud Qudərzi bu məqsədlə Azərbaycana gəlib.

İyunun 12-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlers ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Bakıya gəlib.

Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimində Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopf da iştirak edəcək. İyunun 12-də Karlhaynts Kopf bu məqsədlə Azərbaycana gəlib.

Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək yüksək səviyyəli nümayəndələr arasında Ukraynanın gənclər və idman naziri İqor Jdanov və Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi, Ali Radada Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov da var.

İyunun 12-də İqor Jdanov və Roman Nəsirov “Bakı-2015”in rəsmi açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəliblər.

Monteneqronun Prezidenti Filip Vuyanoviç ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıdadır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Filip Vuyanoviçi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

AzVision.az

Foto


Teqlər: