Nazir: “Xəzərdə suyun çirklənməsi xeyli azalıb”

Nazir: “Xəzərdə suyun çirklənməsi xeyli azalıb”
  03 İyun 2013    Oxunub:2035
“Xəzər dənizində suyun çirklənməsi əvvəlki illərlə müqayisədə xeyli azalıb”
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib. O bildirib ki, hazırda Xəzər dənizində elə də böyük çirklənmə yoxdur.

“Xəzərdə nə qədər canlı var idisə, suyun çirklənməsinə görə nəsli kəsilmişdi. İndi onların çoxu bərpa edilib. Suyun keyfiyyətinə görə dəyişikliklər müsbət nəticə verib. Məişət baxımından əhalinin artımı, insanların qayğıkeş olmaması və s. məqamlar var. Amma qlobal baxımdan Xəzərdə elə böyük çirklənmə yoxdur”.

H.Bağırovun sözlərinə görə, nazirlik mütəmadi olaraq bir sıra yeni layihələr işləyir:

“Hazırda yaşıllaşdırma layihələri həyata keçirilir. Bu il də 2 min hektara qədər ərazidə yaşılaşdırma layihəsi gerçəkləşdirilib. Onu da qeyd edim ki, Azərbaycanda indiyə qədər nə qədər zeytun sahələri olubsa, 3 ildə biz o qədər zeytun sahələri yaratmışıq. Bizim sahələr sırf yaşıllaşdırma məqsədi daşıyır və biz 2011-2012-ci illərdə ölkəmizdə əkilən zeytun ağaclarından 3 dəfə çox zeytun ağacı əkmişik. Bu, böyük layihədir. 3-4 ildən sonra nəticələri görə biləcəksiniz”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti