İlham Әliyev həmkarı ilə görüşüb

İlham Әliyev həmkarı ilə görüşüb
  12 İyun 2015    Oxunub:1672
İyunun 12-dә Azәrbaycan Prezidenti İlham Әliyev birinci Avropa Oyunlarının açılış mәrasimindә iştirak etmәk üçün Bakıya sәfәrә gәlәn Monteneqronun Prezidenti Filip Vuyanoviçlә görüşüb.
Görüşdә iki ölkә arasında әmәkdaşlığın yüksәk sәviyyәdә olduğu qeyd edilib, bu әlaqәlәrin daha da genişlәndirilmәsi vә möhkәmlәndirilmәsi üçün maraq vә imkanların mövcudluğu vurğulanıb. Birinci Avropa Oyunlarının əhəmiyyəti qeyd olunub, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirilib.

Ermәnistan-Azәrbaycan, Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә bağlı danışıqlar prosesi әtrafında fikir mübadilәsi aparılıb. Dövlәt başçıları TAP vә TANAP layihәlәrinin hәyata keçirilmәsinin perspektivlәrini müzakirә ediblәr.


Teqlər:  



Xəbər lenti