Magistraturaya qəbul üçün proqram seçimi başlayıb

Magistraturaya qəbul üçün proqram seçimi başlayıb
  03 İyun 2013    Oxunub:1533
İmtahanda 50 test tapşırığı təqdim olunmaqla biliklər yoxlanılacaq
Bu gündən Azərbaycanda 2013-2014-cü tədris ilində magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına martın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər.

Bunun üçün bakalavrlar bu gündən iyunun 11-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. İyunun 19-dan 22-dək isə onlar öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti