AZAL qadın işçi axtarır

AZAL qadın işçi axtarır
  12 İyun 2015    Oxunub:5612
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Milli Aviasiya Akademiyası pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlamasını elan edir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sənəd qəbulu 1-30 iyulda həyata keçiriləcək.
Namizədlər üçün tələblər:

- 18-25 yaşlı qadınlar;
- 160-180 sm boy;
- Maksimum çəki 75 kq;
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək.
Müsabiqədə iştirak etmək üçün sənədlərin siyahısı:
- Şəxsiyyət vəsiqəsinin surəti (sənədlər verildikdə əsli də təqdim edilir);
- Təhsil haqqında sənədin əsli;
- 3х4 sm ölçüdə şəkil;
- Xarici dil bigilərini təsdiqləyən sertifikat (əgər varsa).


Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Personalla iş üzrə Baş idarəsinə təqdim edilməlidir.

Müsabiqədə iştirak etmək üçün sənədləri təqdim edən şəxslər Psixofizioloji funksiyaların icbari həkim-ekspert qiymətləndirilməsi üzrə daimi fəaliyyət göstərən xüsusi komissiyanın tibbi müayinəsindən mütləq keçməlidirlər.

Əlavə məlumat əldə etmək üçün “Azərbaycan Hava Yolları” QSC-nin Personalla iş üzrə Baş idarəsinə müraciət etmək olar.

Telefon: (+994 12) 497-26-00 (daxili xətt: 32-84)


Teqlər:  



Xəbər lenti