“İdman siyasi münaqişələrdən yaxşıdır” - Züqanov Bakıda

“İdman siyasi münaqişələrdən yaxşıdır” - Züqanov Bakıda
  12 İyun 2015    Oxunub:2124
“Mən çox şadam ki, əfsanələr şəhəri Bakıda ilk Avropa Oyunları keçirilir. Bu oyunlar Azərbaycanın inkişafının göstəricisidir”.
Bunu rusiyalı məşhur siyasətçi, Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib.

O qeyd edib ki, Azərbaycanda tikilən idman obyektlərini heyranlıqla izləyib: “İdman obyektləri ilə tanış oldum və heyranlığımı gizlətmirəm. Azərbaycanın paytaxtı çox qonaqpərvərdir. Ümid edirəm ki, bu yarışlar keçirilən vaxt siyasi münaqişələrə son qoyarıq. İdman yarışlarında yarışmaq siyasi münaqişələrdən yaxşıdır.

Sizi böyük bayram münasibətilə təbrik edirəm. Moskvada Avropa Oyunlarının çox gözəl təqdimatı keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu oyunları Moskvada çox gözəl şəkildə təqdim edib".
(Apatv)




Teqlər:  



Xəbər lenti