Qərbi qıcıqlandıram nədir? – Millət vəkili cavab verir
Bu sualı millət vəkili, telejurnalist Sahib Alıyev facebook profilində yazıb və özü də cavab verib: “Ona görə ki, bu, artıq İranı güclü edir. Nüvə proqramı sərt gücün rəmzidir. Eynilə, müsəlman ölkəsi olaraq ilk Avropa Oyunlarına ev yiyəliyi etmək də o cür “yumşaq güc” göstəricisidir. Necə ki iqtisadiyyatı və ordusu ABŞ-ınkından xeyli zəif olsa da, Almaniya öz “yumşaq güc” potensialıyla artıq onu ötüb keçir və bu, Vaşinqtonda qıcıq doğurur, eləcə də Azərbaycan bu baxımdan bir çox Avropa dövlətlərini qabaqlamağa başlayır. Və gözügötürməzlik də bundan yaranır. Qərbdə bir çoxları bizim öz dövlətimizlə qürür duymağımızla, azərbaycanlılığımızla fəxr etməmizlə barışa bilmirlər. İstəyirlər ki, biz həmişə ağzımızı açıb onlara aşağıdan yuxarı baxaq. Və onlar da bəzən mərhəmətli, çox zaman isə istehzalı nəzərlərlə bizi yuxarıdan aşağı süzsünlər. Görməyəcəklər!”
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


