Qərbi qıcıqlandıram nədir? – Millət vəkili cavab verir

Qərbi qıcıqlandıram nədir? – Millət vəkili cavab verir
  12 İyun 2015    Oxunub:2367
“Bəziləri deyirlər ki, Qərb dövlətləri indiyədək neçə olimpiadalar keçiriblər, onların Azərbaycanı niyə gözləri götürməməlidir? Mən də soruşuram: Qərbdə neçə nüvə dövləti var? Onların bəziləri nüvvə cəbbəxanası saxlayırlar. Biri isə, yəni Amerika Birləşmiş Ştatları iki atom bombasını Yaponiyada sınqadan keçirərək, iki şəhərin altını-üstünə çevirib. Amma İran nüvə araşdırmalarına başlayan kimi üstünə düşdülər ki, sən bunu edə bilməzsən. Halbuki, rəsmi Tehran bu araşdırmaların anacaq dinc məqsədlərlə aparıldığını deyirdi və indi də deyir. Soruşuram, niyə onlar uranı zəngiləşdirə bilərlər, ancaq İran bunu etməməldir?

Bu sualı millət vəkili, telejurnalist Sahib Alıyev facebook profilində yazıb və özü də cavab verib: “Ona görə ki, bu, artıq İranı güclü edir. Nüvə proqramı sərt gücün rəmzidir. Eynilə, müsəlman ölkəsi olaraq ilk Avropa Oyunlarına ev yiyəliyi etmək də o cür “yumşaq güc” göstəricisidir. Necə ki iqtisadiyyatı və ordusu ABŞ-ınkından xeyli zəif olsa da, Almaniya öz “yumşaq güc” potensialıyla artıq onu ötüb keçir və bu, Vaşinqtonda qıcıq doğurur, eləcə də Azərbaycan bu baxımdan bir çox Avropa dövlətlərini qabaqlamağa başlayır. Və gözügötürməzlik də bundan yaranır. Qərbdə bir çoxları bizim öz dövlətimizlə qürür duymağımızla, azərbaycanlılığımızla fəxr etməmizlə barışa bilmirlər. İstəyirlər ki, biz həmişə ağzımızı açıb onlara aşağıdan yuxarı baxaq. Və onlar da bəzən mərhəmətli, çox zaman isə istehzalı nəzərlərlə bizi yuxarıdan aşağı süzsünlər. Görməyəcəklər!”


Teqlər:



Xəbər lenti