“Tanrı Azərbaycanı qorusun!” – Mehriban Əliyeva
“Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır! Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun! Bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir”.
Mehriban Əliyeva Bakının ev sahibi seçilməsinə görə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə, Oyunları reallığa çevirmək üçün böyük səylə, sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürünü bildirərək əminliklə qeyd edib ki, qarşıdakı illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı–2015”-in parlaq ruhunun atəşi orada olacaq.







Vaxtında, Aydın, Lazımlı!


