Bakıda ağır qəza olub

Bakıda ağır qəza olub
  13 İyun 2015    Oxunub:2139
FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda "BMW" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı səkiyə çırpılıb.

Nəticədə, avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 01:18-də başa çatıb.


Teqlər:



Xəbər lenti