Bakıda bəzi yollar bağlanıb

Bakıda bəzi yollar bağlanıb
  13 İyun 2015    Oxunub:1681
"Bakı 2015" I Avropa Oyunları ilə əlaqədar bu gün paytaxtın Bilgəh qəsəbəsində müəyyən avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Zuğulba Yolu Bakı Dairəvi II yolu Dairə 1-dən Dairə 2-dək tam bağlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən xəbərə görə, sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və "Jumeirah Beach Hotel" dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər. Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.


Teqlər:





Xəbər lenti