`Təzyiq qəbuledilməzdir` - Bakıdan Almaniyata etiraz
Açıqlamada deyilir ki, qətnamənin qəbulunu Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı və Sosial Demokratlar Partiyası fraksiyaları irəli sürüb. Bununla bağlı Azərbaycanın Almaniyadakı Səfirliyi artıq mövqe bildirib: “Hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da istintaq və məhkəmə prosesinə təzyiq etmək qəbuledilməzdir. Azərbaycan Respublikasında heç bir şəxs jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmur. Həmin qətnamədə əksini tapmış ittihamların heç bir əsası yoxdur. Hesab edirik ki, bu, Azərbaycanın nüfuzuna xələl yetirmək məqsədi güdən qrupların və ya digər dövlətlərin qərəzli şəkildə təqdim etdiyi yanlış məlumatlardan qaynaqlanır. Qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfində işğal edilməsi, Ermənistan tərəfindən aparılmış etnik təmizləmə nəticəsində işğal edilmiş ərazilərdən, həmçinin Ermənistandan didərgin salınmış qaçqın və məcburi köçkünlər barədə məlumat qeyd olunsa da, təəssüflə qeyd etmək lazımdır ki, ən bəsit konvension hüquqları kobud şəkildə pozulmuş bu insanların hüquqlarının müdafiəsi və Ermənistan tərəfinin bu əməllərinə görə məsuliyyəti barədə heç bir çağırış və ya tələb əks olunmur”.







Vaxtında, Aydın, Lazımlı!


