“Təzyiqlərə qarşı mübarizə aparmalıyıq” - Deputat
“Ancaq idman oyununun təqdimatında BBC ilk olaraq məhbuslarla başlayır, avstriyalı idmançıların kiçik qəza anını göstərir, ardınca açılış mərasiminə keçir. BBC Ermənistandakı soyqırım tədbirini izləyərkən, tarixi xronika olaraq türklərin ermənilərə qarşı hərkətlərini verir, ardınca isə ermənilərin xeyrinə şərhləri ard-arda təqdim edirdi. Bir epizod da olsa, insan haqları mövzusuna toxunmurdu. İndi də Alman Buntestaqı Oyunların açılış günü qətnamə qəbul edir. Həqiqətən koordinasiyalı bir çalışmaların olduğunu hiss edirsən. Bunları böyük idman tədbiri ilə əlaqələndirmənin məntiq izahını tapa bilmirəm. Ona görə də bu ərəfədə ölkəmizə qarşı olan bu süni təzyiqlərə qarşı mövqe qoymamızı vacib hesab edirəm”-deyə deputat bildirib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


