İlham Əliyev ərəb şahzadə ilə görüşdü
“Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə toxunan dövlətimizin başçısı mərasimdə nümayiş etdirilən kompozisiyanın Azərbaycanın tarixinin, mədəniyyətinin və müasirliyinin ifadəsi olduğunu vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Dövlətimizin başçısı Kral Salman bin Əbdüləziz Əl Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.
***
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İtaliya Respublikası Baş nazirinin birinci müavini Klaudio De Vinçentini qəbul edib.
İtaliya Baş nazirinin birinci müavini Klaudio De Vinçenti “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasiminin onda dərin təəssürat yaratdığını dedi.
Görüşdə Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulandı, səfərin əməkdaşlığımızın müxtəlif istiqamətlərinin müzakirəsi baxımından önəmi qeyd olundu, əlaqələrin enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, qeyri-neft sektoru və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzVision.az