Putinlə Ərdoğanın Bakı görüşü - VİDEO

Putinlə Ərdoğanın Bakı görüşü - VİDEO
  13 İyun 2015    Oxunub:3107
Birinci Avropa Oyunlarının açılış mərasiminə qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vadimir Putinlə bağlı qapılar arxasında görüşüb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bundan öncə hər iki prezident açılış mərasimində ayaqüstü görüşüblər.

Ankara və Moskva arasında 1915-ci il hadisələri ilə əlaqədar yaşanan gərginlikdən sonra prezidentərin ilk dəfə keçirilən görüşü böyük önəm daşıyır.

1915-ci il hadisələrinin 100-ci ildönümü öncəsi Rusiya prezidentinin həmin hadisələri soyqırım kimi tanımasına Türkiyə prezidenti ciddi reaksiya vermişdi.

Rəsmi görüşdə iki liderin regional məsələlər də daxil olmaqla ikitərəfli ticarət əlaqələrini müzakirə ediblər. Bundan əlavə görüş Suriya məsələsi ətrafında da fikir mübadiləsi aparıldığı bildirilir.




Teqlər:



Xəbər lenti